Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina silah tədarükü və Şimali Koreya əsgərlərinin göndərilməsi üçün 6 milyard dollar ödəyib.

"Unikal" xəbər verir ki, bu barədə "New York Times" yazıb.

Seulda yerləşən Hankuk Xarici Araşdırmalar İnstitutunun hesablamalarına görə, Pxenyanın tədarük etdiyi silahların dəyəri 1,72 milyard dollardan 5,5 milyard dollara qədərdir.

5-20 min əsgər göndərmək üçün KXDR Rusiya Federasiyasından 143 milyon dollardan 572 milyon dollara qədər pul alıb.

Qərb və Ukrayna kəşfiyyatının məlumatına görə, Kursk bölgəsinə təxminən 11 min Şimali Koreya əsgərinin gəldiyini nəzərə alsaq, Pxenyan bunun üçün təxminən 315 milyon dollar əldə edib.