Son illər əmlak bazarında qiymətlərin artımı müşahidə olunur. Ekspertlərin sözlərinə görə, bu ilin yanvar-sentyabr aylarında mənzil bazarında ötən ilə nisbətən 10 faiz bahalaşma var. Hazırda paytaxtda satış qiyməti bir neçə milyon manata olan mənzillərə də rast gəlinir.
Bəs görəsən, qiyməti milyondan yuxarı olan evlərə tələbat varmı?
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Unikal"a açıqlamasında bildirib ki, tələbat bütün istiqamətlərdə ola bilər. Onun sözlərinə görə, məsələyə tələbə çevrilmək tərəfdən baxsaq, həmin evlərə tələb azdır.
"Həmin mənzilləri xüsusi qruplar var ki, onlar ala bilirlər.Bu baxımdan həmin evlərə tələbat olduqca aşağıdır", - deyə ekspert vurğulayıb.
Anar Kəlbiyev