Polyakların yarıdan çoxu hesab edir ki, Ukrayna öz ərazisinin bir hissəsindən imtina etməlidir.

"Unikal" xəbər verir ki, bunu CBOS sorğusu sübut edir.

Sorğu məlumatlarına əsasən, respondentlərin 55%-i bu mövqeyə sadiqdir. Hazırda polyakların əksəriyyəti bu fikirdədir ki, bütün siyasi qüvvələri Ukraynada sülhə nail olmaq üçün cəmləşdirmək lazımdır.

Respondentlərin yalnız 31%-i hesab edir ki, hərbi əməliyyatlar Rusiyaya heç bir güzəştə getmədən davam etməlidir.