Qazaxıstanın Aktau şəhəri yaxınlığında  qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarədə olan sərnişinlərin içərisində Lənkəran və Cəlilabad sakinləri də var.

"Unikal"ın məlumatına görə, onlardan biri Lənkəran rayon Lüvəsər kənd sakini, 2004-cü il təvəllüdlü Ayhan Zəfər oğlu Bayramzadədir. Onun yaralı olduğu bildirilir. 

Həmçinin 1997-ci il təvəllüdlü Qoşqar Firudin oğlu Sadıqov Cəlilabad rayonu Mirzəli kənd sakinidir. 

Onun isə sağ və ya həlak olması barədə məlumat yoxdur.

Xəlil Əliyev