Böyük Britaniya hökuməti öz vətəndaşlarını Ermənistanın Azərbaycanla sərhədyanı rayonlarına getməməyə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə hökumətin saytında məlumat qeyd olunub.
Məlumatda Ermənistan-Azərbaycan sərhədinin bağlı qaldığı bildirilir. Ermənistanla Azərbaycan arasında şərq sərhədindən 5 kilometr məsafədə hər hansı səyahətdən çəkinmək tövsiyə olunur. Bu, iki ölkə arasındakı münaqişə ilə bağlıdır. Həmin bölgələrdə konsulluq dəstəyinin məhdud olduğu deyilir.
Böyük Britaniya hakimiyyəti həmçinin Tavuş bölgəsində İcevan və Noyemberyan arasında olan yolu ziyarət üçün təhlükəli hesab edir.
Ağarza Elçinoğlu