"Ukraynanın Rusiya ilə münaqişədə uduzması NATO-ya baha başa gələcək". 

"Unikal" xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Ukrayna uduzsa, NATO-ya əlavə milyardlarla deyil, əlavə trilyonlarla dollar lazım olacaq", - o, qeyd edib. 

Ruttenin sözlərinə görə, Ukraynanın məğlubiyyəti fonunda NATO hazırda forumda müzakirə olunandan qat-qat yüksək qiymət ödəməli olacaq. Bundan əlavə, siyasətçi əlavə edib ki, müttəfiqlər Rusiya ilə danışıqlar məsələsini müzakirə etməli və Kiyevə hərbi yardımlarını artırmalıdırlar.

Gülayə Mecid