İqlim dəyişikliyi nəticəsində böyük kakao yetişdirən Qana və Kot-d'İvuar ölkələrində kakao paxlası məhsulu kəskin şəkildə azalıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, kakaonun həddindən artıq qıtlığı qiymətlərin kəskin artmasına səbəb olub. 2024-cü ilin sonunda kakaonun qiyməti tarixi rekord həddə çatıb.
Son 2 ildə 1 ton kakaonun qiyməti 5 dəfədən çox artaraq 2200 ABŞ dollarından 12000 ABŞ dollarına yüksəlib. Ekspertlərin hesablamalarına görə, yaxın 1 il ərzində şokoladın qiyməti 100 faizdən çox artacaq. Avropa və Amerikanın iri qənnadı şirkətləri artıq öz şokoladının qiymətini 20 faizdən çox qaldırıblar və bu il də qiymət artımının olması mümkündür.