Türkiyədə küçə iti xəstə balasını baytarlıq klinikasına aparıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, hadisə İstanbulun rayonlarından birində qeydə alınıb. Balasını ağzında baytarlıq klinikasının qarşısında gətirən it kameraya düşüb. Girişdə iti görən veterinarlar ona ilk müdaxilə ediblər.
Məlum olub ki, həmin gün yerli sakinlərdən biri klinikaya eyni zibillikdən tapılan başqa bir balanı təhvil verib. Məlum olub ki, canlının altı balasından yalnız ikisi sağ qalıb.
İndi ana və balaları klinikada qalırlar.
Seymur Əli
İstanbulda küçə iti soyuqdan donan balasını baytarlıq klinikasına aparıb...#İstanbul #Beylikduzu #köpek pic.twitter.com/icibtnMpxX
— Unikal.az (@UnikalOrgPortal) January 27, 2025