Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının mama-ginekoloqu dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, Mingəçevir Mərkəzi Xəstəxanası Ginekologiya - Doğum şöbəsinin Yenidoğulmuşların İntensiv Terapiya bölməsinin həkim-neonatoloqu Eyvazova Nazilə Nurəddin qızı ağır xəstəlikdən sonra vəfat edib.  

1959-cu ildə Ağdam rayonunda  anadan olan  Nazilə Eyvazova 1983-cü ildən başlayaraq Mingəçevir və Ağdamda həkim-pediatr kimi fəaliyyət göstərib. 2019-cu ildən etibarən isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Ginekologiya - Doğum Şöbəsinin Yenidoğulmuşların İntensiv Terapiya bölməsində həkim-neonatoloq kimi çalışıb.

Ehtiram Muradov