İran dost ölkələrə peyk buraxma xidmətləri göstərə bilər.
"Unikal" "Tasnim"ə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Əziz Nəsirzadə deyib.
O, daşıyıcı peyklərin yaradılmasında mühüm irəliləyişlər olduğunu açıqlayıb.
Nazirin sözlərinə görə, hazırda İran ağır yükləri çatdıra biləcək "Sarir" daşıyıcı raketinin yaradılması üzərində işləyir.
Bundan əvvəl İran Kosmik Agentliyinin rəhbəri Həsən Salariyeh bildirmişdi ki, İran martın sonuna kimi kosmosa iki peyk buraxacaq.