Tbilisidə yenidən etiraz aksiyaları keçirilir. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, etirazçıların magistral yolu bağlamağa çalışdığı Tbilisinin girişində bir neçə etirazçı, o cümlədən müxalifət partiyası “Dəyişiklik üçün Koalisiya”nın lideri Nika Melia saxlanılıb. Həmçinin, saxlanılanlar arasında şəhərin keçmiş meri Qiqi Uqulava və müxalif fəal Dmitri Bidzinaşvili də var. 

Ağmaşenebeli xiyabanında aksiya davam edir. Etirazçılar polisin çağırışına baxmayaraq dağılmır. Hazırda Gürcüstan paytaxtının girişində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.