Rusiya-Amerika danışıqlarının başlanması Moskva ilə Tehran arasında gələcək əməkdaşlığa təsir etməyəcək.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Diplomat ABŞ prezidenti Donald Trampın Rusiyadan İranla əməkdaşlığı dayandırmasını tələb edəcəyi təqdirdə Kremlin mövqeyi ilə bağlı suala belə cavab verib: "Moskva və Tehran arasında qarşılıqlı fəaliyyət prosesi heç bir şəkildə Rusiya-Amerika münasibətləri ilə bağlı deyil".
Ağarza Elçinoğlu