Moskva Birjası İndeksi Rusiya və ABŞ nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında baş tutan danışıqlardan sonra kəskin ucuzlaşmağa başlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, göstərici 1,41% itirərək 3261,81 təşkil edib. Eyni zamanda, göstərici iclas iştirakçılarının ilk bəyanatlarından əvvəl 0,75% artmışdı.
Rusiya və ABŞ arasında aparılan danışıqların nəticələrini şərh edən prezidentin köməkçisi Yuri Uşakov etiraf edib ki, Tramp və Putin danışıqlarının dəqiq tarixi hələ müəyyən edilməyib.
Ağarza Elçinoğlu