Ərəb Liqasına üzv dövlətlərin Fələstin probleminə həsr olunmuş zirvə toplantısı fevralın 27-dən martın 4-ə keçirilib.

"Unikal" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Misir XİN bəyanat yayıb.

“Fələstin probleminin müzakirə olunacağı Ərəb Liqası Dövlətlərinin fövqəladə iclası martın 4-ə keçirilib”,- bayanatda vurğulanıb.

Qeyd edək ki, Sammitin vaxtının niyə ertələndiyinə dair bir məlumat verilməyib. Misir XİN-dən bildirilib ki, yüksək toplantının vaxtının ertələnməsi digər üzv dövlətlərlə də razılaşdırılıb.