Ukraynada döyüşlər  2025-ci ildə dayandırılacaq.

"Unikal" xarici KİV-ə ixəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib. 

"Düşünürəm ki, bu il atəşkəsə gələcəyik. Bunun nə qədər uzun və effektiv olacağı başqa sualdır. Amma düşünürəm ki, bu baş verəcək", - deyə o qeyd edib.

Budanovun fikrincə, hadisələrin bu cür inkişafı üçün “inqrediyentlərin çoxu” var.

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında bir neçə ildən sonra ilk danışıqlar baş tutub. Tərəflər bir-birinə Ukrayna ilə bağlı “fundamental yanaşmalarını” açıqlayıb, həmçinin Amerika və Rusiya prezidentlərinin gələcək görüşünün təşkilini müzakirə ediblər. Görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Vaşinqtonun Moskvanın mövqeyini daha yaxşı dinləməyə başladığına inanmağa əsas var.  

Gülayə Mecid