ABŞ nümayəndə heyəti gələn həftə Çində keçiriləcək İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) iclasında iştirak etməyəcək.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən yazıb. 

Qeyd edək ki, IPCC 1988-ci ildə yaradılıb. Təşkilatın iştirakçılarının növbəti iclası fevralın 24-dən 28-dək Çində keçiriləcək. 195-dən çox ölkədən nümayəndə heyətləri, eləcə də BMT-nin iqlim nümayəndələri də iclasa qatılacaq. 

Bu yaxınlarda təşkilata texniki yardım göstərməklə bağlı müqaviləsini ləğv edən Amerika kosmik agentliyi NASA da görüşdə iştirak etməyəcək.

Ağarza Elçinoğlu