Respublikaçı senatorlar ABŞ-nin Birləşmiş Millətlər Təşkilatından çıxarılması ilə bağlı qanun layihəsi təqdim ediblər. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Senator Mayk Linin internet saytında yerləşdirilən sənəddə deyilir: üQanun layihəsi Birləşmiş Millətlər Təşkilatının 1945-ci il Üzvlük Aktını ləğv edəcək".

Bundan əlavə, qanun layihəsi qəbul olunarsa, ABŞ BMT-yə bütün maliyyə dəstəyini dayandırmalıdır. Layihə həmçinin ölkənin BMT-nin sülhməramlı əməliyyatlarında iştirakını qadağan edir. 

Qanun layihəsi qüvvəyə minərsə, ABŞ və BMT arasında bundan sonra istənilən qarşılıqlı əlaqə yalnız Senatın təsdiqi ilə mümkün olacaq.

Ağarza Elçinoğlu