ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtonla mineral ehtiyatlara dair saziş imzalayacağına əmin olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o, CPAC-ın mühafizəkar konfransında bildirib.
“Zelenski bu müqaviləni imzalayacaq və siz bunu yaxın gələcəkdə görəcəksiniz və bu, Ukrayna üçün yaxşıdır".
O, belə qənaətə gəlib ki, Ukrayna üçün ABŞ-la iqtisadi tərəfdaşlıqdan yaxşı heç nə yoxdur.