Sərhədçilər Gürcüstan-Türkiyə sərhədində 8 əcnəbini saxlayıb.

"Unikal" Gürcüstan mediasına istinadən xəbər verir ki, iki əcnəbi vətəndaş Türkiyədən sərhəd keçid məntəqəsindən Gürcüstan sərhədini qanunsuz keçib.

Təqsirləndirilənlərdən 6-sı isə qanunsuz yolla Gürcüstandan Türkiyəyə keçməyə cəhd edib.

Əcnəbilərin vətəndaşlığı göstərilmir. İttihamları sübuta yetirilərsə, saxlanılanları 5 ilə qədər həbs gözləyir.