ABŞ prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braunu vəzifəsindən azad edib.
"Unikal" xəbər verir ki, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"General Çarlz Brauna ölkəmizə, o cümlədən Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri kimi 40 ildən artıq xidmətinə görə təşəkkür etmək istəyirəm. O, gözəl centlmen və görkəmli liderdir və ona və ailəsinə böyük gələcək arzulayıram", - deyə D.Tramp bildirib.
O, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin generalı Den Keyni bu vəzifəyə namizəd kimi irəli sürdüyünü bildirib.