Türkiyə silahlı qüvvələri İraqın şimalında PKK terror qruplaşmasının mənsublarına qarşı “Pəncə-Kilid” əməliyyatını davam etdirir.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bldirilib ki, ötən gün keçirilən əməliyyatda ümumilikdə 12 PKK terrorçusu zərərsizləşdirilib.
“İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində zərərsizləşdirilən 9 PKK terrorçusundan əlavə, Xüsusi Təyinatlı Qüvvələr Komandanlığımızın əməliyyatı nəticəsində daha 3 terrorçu qaçmağa macal tapmadan zərərsizləşdirilib.
Beləliklə, bölgədə zərərsizləşdirilən terrorçuların ümumi sayı 12-yə çatıb", – deyə Müdafiə Nazirliyinin bəyanatında deyilir.