Şəmkirdə 3 otaqlı ev yanıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. Kənd sakininə məxsus ümumi sahəsi 110 kv/m olan 1 mərtəbəli evdə anidən yanğın başlayıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin yanar konstruksiyaları əşyaları ilə birlikdə yanıb.
Baş vermiş hadisənin səbəbləri araşdırılır.
Tural Əhmədov