Ötən gün Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə yolun Hacıqabul rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük avtomobili qarlı hava şəraiti səbəbindən qəza törədib.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə fevralın 23-ü saat 20:30-da Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 98-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alınıb:
"Hadisənin baş verməsinə səbəb 99-GT-693 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı avtomobilin MAN markalı 77-BS-242 dövlət nömrə nişanlı avtomobilin toqquşması olub. Hadisə nəticəsində 1990-cı il təvəllüdlü bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır".
Murad İbrahimli