Tovuzda qəzaya düşən avtomobil yanıb.

"Unikal"ın məlumatlna görə, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonunun ərazsindən keçən hissəsində baş verib.

Belə ki, "VAZ-2106" markalı minik maşını hərəkətdə olan zaman idarəetmədən çıxaraq körpünün kənarında olan betona çırpılıb. Qəzadan sonra avtomobildə yanğın olub. Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb olunub, avtomobildəki yanğın söndürülüb.

Sürücü, Qovlar şəhər sakini 2004-cü il təvəllüdlü Əlləzov Rəvan Tofiq oğlu yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Avtomobil yararsız hala düşüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov