Zaqatalada intihar hadisəsi baş verib.

"Unikal" xəbər verir ki,  Zaqatala rayonu Kəpənəkçi kənd sakini, 1988-ci il təvəllüdlü Nurlan Babayev özünü mal tövləsində asaraq intihar edib. N.Babayevin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı Zaqatala rayon Prokurorluğundu araşdırma aparılır.

Seymur Əli