Goranboyda "8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə bayram tədbiri keçirilib, şəhid ailələri evlərində ziyarət edilib.
"Unikal" xəbər verir ki, rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, YAP rayon Təşkilatının sədri, Şəhid ailələri, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənən bir qrup xanımlar və ictimai fəallar iştirak ediblər.
Şəhid analarına və xanımlarına bayram hədiyyələri təqdim edilib. İncəsənət ustalarının ifasında musiqi proqramı nümayiş etdirilib. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və bir qrup içtimai fəallar tərəfindən şəhid ailələri evlərində ziyarət edilib.