Martın 8-də saat saat 12:10 radələrində 1996-cı il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, hamiləliyinin 36-37-ci həftəsində olan pasiyentə ölü döl diaqnozu təyin edilib.
Ona zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
XXX
13:15
Bu gün saat 06:00 radələrində 1997-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, hamiləliyinin 36-cı həftəsində olan pasiyentə uşaqlıq boynunda iki çat, ağır dərəcəli preeklampsiya, lll dərəcəli posthemarragik şok, ciftin tam ayrılması və ölü döl diaqnozları təyin edilib.
Ona zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
XXX
12:20
Gəncədə iki uşaq ölümü hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, şəhər sakini 1997-ci il təvəllüdlü Aytac Orucova bu gün səhər saatlarlnda Gəncə Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzinə ölü döl ilə daxil olub. Lakin həkimlərin tibbi müdaxiləsi nəticəsində ananın həyatını xilas etməm mümkün olub, hazırda ananın vəziyyəti orta ağırdır. Qeyd edək ki bu ananın 4-cü övladı imiş dünaya gəlirmiş.
Digər hadisə isə Gəncə Birləşmiş Xəstəxanasının Abbas Səhhət adına Xəstəxanasının Doğum şöbəsində baş verib. Hər iki faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
XXX
11:08
Gəncədə yeni doğulmuş körpə ölüb, anasının vəziyyəti ağırdır.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhər Perinatal Mərkəzdə qeydə alınıb.
Yeni doğulmuş oğlan uşağının ölümü qeydə alınıb. Məlumata görə, ananın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.