Beyləqanda zəhərlənmə faktı qeydə alınıb.
"Unikal" "apa"ya istinadən xəbər verir ki, spirtdən zəhərlənən 1996-cı il təvəllüdlü Səyyad Vəlizadə həyatını itirib.
Qohumları onun spirtli içkidən zəhərləndiyini bildirib.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.