“Üç ildir ki, Dövlət Turizm Agentliyi bizi beynəlxalq təşkilatdakı rəhbərlikdən uzaqlaşdırmaq üçün əlindən gələni etdi”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin keçirdiyi ictimai dinləmədə "Azərbaycan Milli Kulinariya Assosiasiyası" İctimai Birliyinin sədri Tahir Əmiraslanov deyib.

“Mətbəxin vacibliyi hər şeydən üstündür. Biz yeni bir kitabın tədqiqatı üçün çalışırıq. İndi biz pul axtaracağıq ki, bu kitabdan çox çap edək, xarici dillərə tərcümə edək. Sponsor axtaracağıq, amma onların adını kitabda göstərə bilməyəcik. Ona görə ki, bu, qrant çərçivəsindədir. Üç ildir ki, Turizm Agentliyi əlindən gələni etdi ki, bizi bu rəhbərlikdən uzaqlaşdırsın. Əvəzində bizim yerimizə gətirilən təşkilatla bir yerdə 2.9 milyon manat pul silinib ki, guya, dünyanın ictimai təşkilatları ilə birlikdə Azərbaycan mətbəxini tanıdırlar. Ona görə bu vəsaitlər QHT-lərə Dövlət Dəstəyi Agentliyi və İcmaya verilməlidir ki, pul düzgün istiqamətdə istifadə olunsun”, deyə T.Əmiraslanov bildirib. 

Anar Kəlbiyev