“Konstitusiya və Suverenlik İli” ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq 11 martda Ələt-Astara avtomobil yolunun Şiləvar kəndindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun, idarə, müəssisə, şəhid valideynlərinin və ictimaiyyətin nümayəndələrininiştirakı ilə baş tutan aksiya iştirakçıları öncə Şiləvar qəbristanlığında dəfn olunan şəhid məzarlarını ziyarət ediblər, məzarları önünə gül dəstələri düzüblər, ruhlarına dualar oxuyublar.
Sözügedən aksiyada 100 şam ağacı əkilib, yeni əkilən ağaclar suvarılıb və dayaqlarla bərkidilib. Qeyd edək ki, ağacəkmə aksiyasının ilboyu davam etdirilməsi nəzərdə tutulub.