ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbərliyi işçilərə sənədləri, ilk növbədə rəsmi sənədləri məhv etməyi əmr edib.

"Unikal" xəbər verir ki, bu barədə “Politico” daxili bülletenə istinadən məlumat yayıb.

USAID-in icraçı direktoru vəzifəsini icra edən Erika Karr agentliyin Vaşinqtondakı baş qərargahında arxivdə olan kağız sənədlərin davamlı olaraq parçalanması və yandırılması əmrini verib.

"Gizli seyflərdən və şəxsi sənədlərdən olan materiallar dərhal məhv edilməlidir", - nəşr Karrdan sitat gətirib. 

Arxivlərin məhv edilməsi ilə yanaşı, onların tutduqları yerlər də digər qurumlara - ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinə veriləcək.

Birləşmiş Ştatlar həmçinin Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) bəzi layihələrini, o cümlədən Ukrayna ilə bağlı layihələrini maliyyələşdirməyi dayandırıb və bu, bir sıra proqramların bağlanmasına səbəb olub.

Bu layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilib.

Gülayə Mecid