Xankəndidə gənc oğlanı elektrik cərəyanı vurub.

"Unikal" xəbər verir ki, 27 yaşlı Amin Abidov transformatordan naqil kəsərkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Şəxsin meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.