Bu həftə Sofiyada “Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan” yaşıl enerji dəhlizinin reallaşdırılması üzrə texniki işlərə başlanılacaq. 

"Unikal" xəbər verir ki, bu barədə Bolqarıstanın Energetika Nazirliyi məlumat yayıb.

"Bu həftə Bolqarıstanda yaşıl enerji dəhlizinin yaradılması üzrə texniki işlərə başlanacaq, Bakıda dörd ölkə arasında anlaşma memorandumu imzalanıb. Müvafiq nazirliklərin nazir müavinləri və enerji operatorları yeni enerji dəhlizi üzərində işə başlamaq üçün Sofiyada görüşməyə hazırlaşırlar", - nazirlik açıqlayıb. 

Xatırladaq ki, aprelin 4-də Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın energetika nazirləri yaşıl enerji sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar və bununla da yeni yaşıl enerji dəhlizinin yaradılması prosesinə start verilib.

Sənədə əsasən, dörd ölkənin energetika nazirlikləri enerji sistemlərinin modernləşdirilməsinə, elektrik enerjisinin ötürülməsi və ticarət imkanlarının genişləndirilməsinə yönəlmiş birgə investisiya layihələrinin müəyyənləşdirilməsi imkanlarını təşviq etmək üçün dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəklər.

Ağarza Elçinoğlu