Gəncədə yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində baş verib. Belə ki, hərəkətə olan "Mercedec"lə  "Chevrolet" markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. İlkin etimalara görə havanın yağıntılı olması səbəbindən sürücülərdən biri dönmə əməliyyatını düzgün yerinə yetirməyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

Tural Əhmədov