83,4 milyon manat hesablanmış büdcəyə zərərin müvafiq qaydada pul və ya natural şəkildə bərpası, eləcə də əvəzləşdirilməsi istiqamətində Hesablama Palatasının kollegiyasl tərəfindən qərar qəbul olunub.

"Unikal" xəbər verir ki, bu, Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatında öz əksini tapıb. 

Qeyd olunub ki, 21,2 milyon manat hesablanmış büdcəyə zərərin əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda Hesablama Palatası tərəfindən bu məbləğin bərpası istiqamətində birbaşa tədbirlər müəyyənləşdirilib, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilib. 

8,7 milyon manat hesablanmış büdcəyə zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib. 

Kənar Dövlət Maliyyə Nəzarəti tədbirləri ilə hesablanmış büdcəyə zərərdən əlavə, digər maliyyə pozuntuları da qeydə alınıb ki, bu pozuntuların məbləği 461,6 milyon manata bərabər olub. 

Anar Kəlbiyev