Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Tovuz rayonun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, traktorla yük maşını toqquşması nəticəsində xəsarət alanlar var. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Xəsarət alanlar Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov