Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, M.Müşfiq küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

"Unikal" xəbər verir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 97kv.m. olan birmərtəbəli evdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində dördotaqlı evin yanar  konstruksiyaları 60kv.m. sahədə  yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub.

*** 21:22

Gəncədə  biri-birinə bitişik olan evlərdə baş verən yanğın söndürülüb.

"Unikal"ın məlumatına görə yanğın zamanı bitişik 4 ev  yanğından müahifzə edilib. Şəhər sakini İsmayıl Ələsgəorva məxsus 97 kv metr olan evin 60 kv metr sahəsi əşiyaları ilə birlikdə yanıb.20 kv metri yanğından mühafizə edilib.Qeyd edək ki qonşuluqda olan 4 bitişik fərdi yaşayış evləri yanğından mühafizə edilib.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

*** 19:52

Gəncədə yanğın olub.

"Unikal"ın məlumatına görə hadisə şəhərin M.Müşviq küçəsində qeydə alınıb. Belə ki sözügedən küçədə bir-birinə bitişik olan evlərin birində yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər gedir.

Tural Əhmədov