Bakının Sabunçu rayonu ərazisində sərnişin avtobusları toqquşub.
"Unikal" xəbər verir ki, hadisə 131 və 189 nömrəli marşrut avtobuslarının iştirakı ilə baş verib. Qəza nəticəsində bir neçə sərnişin xəsarət alıb.
Əraziyə dərhal təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub.
Xəsarət alanlara yerində ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.