Aktyor və teleaparıcı Ceki Çan karate üzrə qara kəmərin fəxri sahibi olub.
"Unikal" xəbər verir ki, bu barədə Dünya Karate Federasiyasının (WKF) mətbuat xidməti məlumat yayıb.
Mükafatlandırma mərasimi Nyu-Yorkda “The Karate Kid: Legends” filminin premyerasında baş tutub. Ceki Çan qara kəməri WKF-nin baş katibi Toşihisa Naquradan alıb.
2017-ci ildə aktyor Oskar mükafatı da alıb. Çində Ceki Çan daha çox "Cheng Long" səhnə adı ilə tanınır.
Gülayə Mecid