Cənubi Koreyada növbədənkənar prezident seçkiləri başa çatıb.

"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.

***10:37

3 iyun tarixində Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir.

"Unikal" xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Bildirilir ki, seçki məntəqələri yerli vaxtla səhər saat 6:00-da açılıb və axşam saat 20:00-da bağlanacaq. Cənubi Koreya tarixində 21-ci dəfə keçiriləcək prezident seçkisində qalib olmaq üçün 6 nəfər mübarizə aparır. Onlar arasında əsas müxalif qüvvə olan Demokratiya Partiyasının namizədi Li Ce Myun və hakim Xalqın Gücü Partiyasının namizədi Kim Mun Su daha şanslı hesab olunur.