Mingəçevirdə yaşyarımlıq uşaq binanın 3-cü mərtəbəsindən yıxılıb.
"Unikal"ın məlumatına görə, hadisə Ş.İ.Xətai küçəsi 6 ünvanında yerləşən hündürmərtəbəli binada baş verib. Nəzarətsiz qalan 2023-cü il təvəllüdlü Yevlax rayon Aşağı Bucaq kənd sakini Əsma Xasızadə binanın 3-cü mərtəbəsindən yerə çırpılıb. Yaralı körpə doğmaları tərəfindən təcili xəstəxanaya çatdırılıb.Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov