Rusiya Baş Prokurorluğu "British Council" təşkilatının dövlət ərazisində fəaliyyətini arzuolunmaz elan edib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Maarifləndirici və mədəni fəaliyyət adı altında BC fəalları qeyri-ailə dəyərləri və ekstremist ideyaları təbliğ edirlər. Onlar daxili və xarici siyasətimizi gözdən salmağa yönəlmiş layihələr həyata keçirirlər", - TASS qeyd edib. 

Bundan əvvəl bildirilmişdi ki, "Amnesty International Limited" beynəlxalq qeyri-hökumət təşkilatının da Rusiyada fəaliyyəti arzuolunmaz elan edilib.

Gülayə Mecid