Yevlaxda minik avtomobili yük maşını ilə toqquşdu, yaralanalar var

"Unikal"ın  məlumatına görə, hadisə Xanabad kəndi yaxınlığında baş verib. Minik avtomobilinin  yük maşını ilə toqquşması zamanı  müxtəlif bədən xəsarətləri alan minik maşınının sürücüsü və həyat yoldaşı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov