09.06.2025-ci il tarixində saat 19:40 radələrində Goranboy rayonunun Ağcakənd qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1986 və 1997-ci il təvəllüdlü iki nəfər (kişi cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, onlara açıq kəllə beyin travması və təpə nahiyəsinin çapılmış yarası diaqnozu təyin edilib.
Pasiyentlərdən biri zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Digəri özəl tibb müəssisələrindən birinə təxliyə edilib.
*** 20:48
Goranboyda baş verən qəzada xəsarət alanların adları məlum olub.
"Unikal"ın məlumatına görə, Xocalı şəhər sakini 1986-cı il təvəllüdlü Ramal Mehtiyev idarə etdiyi "Opel" markalı avtomobil idarə etməni itirərək qəza edib.
Qəza nəticəsində "Opel" markalı avtomobilin sürücüsü Xocalı şəhər sakini 1986-cı il təvəllüdlü Ramal Mehtiyev və sərnişin Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Pərviz Əliyev xəsarət alıb.
*** 20:08
Goranboyda yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə Aşağı Ağcakənd qəsəbəsi ərazisində baş verib. Belə ki, idarəetmədən çıxan maşın maneələrə çırpılaraq aşıb. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan iki nəfər xəstəxanaya çatdırıllb.
Fakrtla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov