Avstriyanın Qraz şəhərindəki məktəbdə baş verən atışmadan sonra 28 nəfər xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə "Kronen Zeitung" qəzeti yazır.
"28 yaralı hazırda xəstəxanalardadır. Onlardan ən azı dördünün vəziyyəti ağırdır", - qəzet qeyd edib.
Silahlı şəxs yerli vaxtla səhər saat 10 radələrində iki sinif otağına atəş açıb. Məlumatına görə, 22 yaşlı hücumçu məktəbin keçmiş şagirdi olub.
***14:14
Avstriyanın Qraz şəhərində məktəbə atışma nəticəsində ölənlərin sayı 11-ə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Avstriya mətbuatı məlumat yayıb.
Bildirilir ki, ağır yaralılar helikopterlə xəstəxanaya yerləşdirilib. Polisin məlumatına görə, hadisəni törədən şəxs də yaralanıb.
****13:41
Avstriyanın Qraz şəhərində məktəbdə atışma nəticəsində azı 8 nəfər ölüb, onlarla insan ağır yaralanıb.
"Unikal" xəbər verir ki, polis məktəb binasına yerli vaxtla səhər saat 10 radələrində hücum edildiyini bildirib.
Hadisənin baş verdiyi Dreierschuetzengasse orta məktəbinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Səlahiyyətlilər əhaliyə ərazidən uzaq durmaq barədə xəbərdarlıq edib.
Gülayə Mecid