Qəzaya uğrayan təyyarənin göyərtəsində sağ qalan yoxdur.
"Unikal" xəbər verir ki, bunu Hindistanın Əhmədabad vilayətinin polis komissarı bildirib.
***14:55
Hindistanda "Boeing 787-8 Dreamliner" təyyarəsinin qəzaya uğraması nəticəsində azı 133 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə "News18" portalı məlumat yayıb.
"Təyyarənin qəzaya uğraması nəticəsində ən azı 133 nəfər həlak olub", - deyə məlumatda bildirilir.
***14:30
Hindistanda "Boeing" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 110 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Hindistan KİV-ləri məlumat dərc edib.
"110 nəfərin öldüyü təsdiqlənib", - məlumatda deyilir.
***13:31
Hindistanda baş verən təyyarə qəzasında ölən və yaralılarla bağlı hələlik rəsmi məlumat yoxdur.
"Unikal" xəbər verir ki, bu barədə Hindistan KİV-ləri məlumat dərc edib.
Bildirilir ki, qəzaya uğrayan geniş gövdəli “Boeing 787 Dreamliner” təyyarəsi təxminən 300 sərnişin tutumuna malik olub.
***12:53
Hindistanın Əhmədabad hava limanında sərnişin təyyarəsi qəzaya uğrayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təyyarədə 242 sərnişinin olduğu bildirilir.
Qəza yerinə ən azı 12 təcili yardım maşını gəlib. Polis hava limanı ətrafındakı ərazidə nəqliyyatın hərəkətini bağlayıb.
İlkin məlumata görə, təyyarə Londona uçurmuş və asfaltda adi əməliyyatlar zamanı qəzaya uğrayıb.
Gülayə Mecid