Goranboyda qonşular arasında dava düşüb.

"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində baş verib.

Belə ki, qonşular arasında düşən dava bir nəfərin xəsarət alması ilə nəticələnib. Alpout kənd sakini 1960-cı il təvəllüdlü Fərqanə Yolçuyeva şəxsi münaqişə zəmnində qonşusu 1955-ci il təvəllüdlü Sahilə Əsgərovaya xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov