Hüquq-mühafizə orqanlarının əməkdaşları Samvel Karapetyanın “Electric Networks of Armenia” şirkətinin baş ofisinə basqın ediblər.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Rusiyalı iş adamının vəkili bildirib ki, hazırda baş ofisdə axtarış aparılır.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bu gün səhər tezdən Ermənistan Milli Elektrik Şəbəkəsinin (ENA) direktorlar şurasının sədri Narek Karapetyanın evində də axtarış aparırlar. Narek Karapetyan Samvel Karapetyanın qardaşı oğludur.
Qeyd edək ki, Samvel Karapetyan bir müddət öncə həbs olunub.
Ağarza Elçinoğlu