Saatlı rayonu ərazisində Araz çayında boğulan yeniyetmənin cəsədi tapılıb.
"Unikal" xəbər verir ki, günorta saatlarında qeydə alınan hadisə zamanı Saatlı şəhər sakini 2012-ci il təvəllüdlü Kənan Xəqani oğlu Ramazanlı Araz çayında çimərkən suda boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Axtarışlar zamanı onun cəsədi batdığı yerin yaxınlığında tapılıb. Cəsəd müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsi üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
*** 15:04
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Araz çayının Saatlı şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Araz çayında çimərkən boğulan şəxs Saatlı şəhər sakini, 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğludur.