Gəncə Dövlət Universitetində Şahin Xurşudov ruzigarı
Gəncə Dövlət Universitetində Şahin Xurşudov ruzigarı

Onu durduracaq kimsə yoxdur

Yeni təhsil naziri Mikayıl Cabbarov vəzifəsinin icrasına ilk növbədə kadr islahatları ilə başladı. Müavinlərini, aparat rəhbərini dəyişən nazir, daha sonra Bakı şəhər təhsil idarəsində kadr islahatları apardı.

Məhz bundan sonra Bakıdakı və rayonlardakı ali məktəblərdə durumun aydınlaşdırılması prosesinə start verildi və Sumqayıt,Gəncə kimi şəhərlərdə ki, ali məktəblərin acınacaqlı durumda olduğu müəyyən edildi. İlk addım olaraq isə Gəncə Dövlət Universitetinin rektoru dəyişdirildi . Bir müddət əvəll 44 yaşlı elmlər doktoru olan Yadigar Əliyev rektor təyin edildi. Ama bir neçə aylıq fəaliyyətindən sonra o postunu itirdi. Və məlum oldu ki, əslində Gəncə Dövlət Universiteti sözün həqiqi mənasında bir mafia tərəfindən idarə olunurmuş və Yadigar Əliyev onlarla bacarmadığından istefa ərizəsini yazıb . “Unikal”a daxil olan məlumata görə Gəncə Dövlət Universitetini bildiyi kimi idarə edən və rektoru qaçırdan şəxs,hazırda rektoru əvəz edən prorektor Yusif Yusifovdur. Bildirilir ki, mərkəzləşdirilmiş şəkildə rüşvət mexanizmini yaradan prorektor hazırda bir sıra vəzifələrə də öz adamlarını yerləşdirməklə imkanlarını daha da böyüdür.Belə ki, o ,hazırda İqtisadiyyat və iadrəetmə kafedrasının bazasında dekanatlıq yaradıb və dekan postuna dosent Şahin Xurşudovu gətirib. Apardığımız araşdırmalara görə bu həmin Şahin Xurşudovdur ki, bir müddət öncə universitetdə etdiyi etikadan kənar hərəkətə görə döyülərək xəstəxanaya düşmüşdü. “Unikal”a daxil olan məlumata görə pul məsələlərində pərgar olan Şahin Xurşudov elə bu bacarığına görə dekan gətizdirilib. Yoxsa Şahin Xurşudovun ixtisası texnoloqluqdur və onun İqtisadiyyat və idarəetmə fakültəsinə dekan gətirilməsi əslində mümkünsüz idi. Buda aydın olur ki, texnoloq olan bu şəxs daha sonra hansısa yollarla iqtisad elmlər namizədi diplomunada sahiblənə bilib. Bunu da deyək ki, Şahin Xurşudov demək olar ki, Gəncədə ki, əksər ali məktəblərə əl qoyub. Məsələn o, 1, ştat vahidi ilə Gəncə Dövlət Universitetinin İqtisadiyyat kafedrasında, 0,5 ştat vahidi əvəzçiliklə və 240 saathesabı ilə Azərbaycan Texnologiya Universitetində dosent və yenə də Gəncə Dövlət Universitetinin “Təcrübə və işlə təminat”şöbəsinin “ictimai əsaslarla müdiridir. Amma gülməlisi budur ki, rəsmi strukturda belə bir şöbənin olması göstərilməyib. Ancaq o tək özü yox, hətta 5 nəfər işçidə işə götürüb və özünə möhürdə düzəltdirib. Yəqin indi nəyə görə belə şəxsin dekan gətirilməsinin sirlərini bildiniz. Ən gülməli məqamlardan biri də budur ki, hər işlə məşğul olmağı bacaran Şahin Xurşudov sən demə həm də kafe işlətmək qabiliyyətinə malik imiş. Belə ki, dosent Gəncə Dövlət Universitetinin 4-cü korpusunun həyətində 20-25 kv metrlik yeri qanunsuz zəbt edərək kafe tikdirib. Çox maraqlıdır ki, Şahin Xurşudovun bu qanunsuzluqlarına “yox”-deyəcək bir kəs yoxdur. Bunun səbəblərini isə gələn saylarımızda izləyin.
Mehdi Əli